1 972 yoluxma qeydə alındı - Gürcüstanda

  • 2020.12.24 11:06
  • 1340 Baxış
1 972 yoluxma qeydə alındı -  Gürcüstanda

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 972 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 216 843, ölənlərin sayı isə 2 276 nəfərə çatıb.

Virusa yoluxanlardan 194 705 nəfərin sağaldığı bildirilir.