Daha 44 nəfər koronavirusa yoluxdu - Gürcüstanda

  • 2020.09.09 10:18
  • 1700 Baxış
Daha 44 nəfər koronavirusa yoluxdu  - Gürcüstanda

Gürcüstanda son sutkada koronavirusa 44 yeni yoluxma halı təsdiqlənib, 4 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 773-ə, sağalanların sayı isə 1 325-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 882, tibbi nəzarətdə isə 390 nəfər saxlanılır.