Daha 6 məktəb koronavirusa görə bağlandı

  • 2021.03.29 13:02
  • 1385 Baxış
Daha 6 məktəb koronavirusa görə bağlandı

Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.

Bu barədə Medicina.az -a Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.

Rayonun 6 məktəbində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub.

Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.