Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlandı

  • 2020.09.30 12:34
  • 3430 Baxış
Daha 7 şagird və 1 işçidə  koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Medicina.az-a bildirilib ki, 11 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.