Daha bir baş redaktor COVID-19-a yoluxdu: Vəziyyəti ağırdı

  • 2020.12.22 12:29
  • 2397 Baxış
Daha bir baş redaktor COVID-19-a yoluxdu: Vəziyyəti ağırdı

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.

Baş redaktor Bakıda fəaliyyət göstərən "Yeni Klinika"ya yerləşdirilib.

Klinikanın müalicə həkiminin sözlərinə görə, dünən R.Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricisi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.