Daha bir deputat koronavirusa yoluxdu

  • 2021.04.07 11:16
  • 1469 Baxış
Daha bir deputat koronavirusa yoluxdu
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Modern.az-a deputatın özü məlumat verib.

S.Seyidov bildirib ki, hazırda karantində izolyasiya olunur.

Qeyd edək ki, daha əvvəl Milli Məclisin deputatları olan Rəşad Mahmudov, Tahir Mirkişili, Azər Badamov, Tahir Kərimli, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Məzahir Əfəndiyev, Vüqar Bayramov, Qənirə Paşayeva, Soltan Məmmədov, Tural Gəncəliyev, Nizami Səfərov, Ceyhun Məmmədov və Kamal Cəfərov da koronavirusa yoluxub.