Daha bir həkimimiz COVID-19-un qurbanı oldu - FOTO

  • 2021.01.09 10:52
  • 2540 Baxış
Daha bir həkimimiz COVID-19-un qurbanı oldu -  FOTO


Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Medicina.az-ın məlumatına görə, Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimi Elçin Şıxıyev bir müddət əvvəl koronavirusa yoluxub və müalicə alırmış. Buna baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə xəstəxananın "Facebook" səhifəsində məlumat verilib.

E. Şıxıyev xəstəxanada həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.