Daha bir müəllim vəfat etdi

  • 2025.09.22 16:48
  • 81 Baxış
Daha bir müəllim vəfat etdi



Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş Əlisultan İbrahimov vəfat edib.

"Medicina" xəbər verir ki, Rəncbər kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.