Daha bir ölkə COVID-19-a qarşı vaksinasiyaya başlayır

  • 2020.12.25 12:33
  • 1313 Baxış
Daha bir ölkə COVID-19-a qarşı vaksinasiyaya başlayır

Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyasına dekabrın 27-də start veriləcək.

Medicina.az xəbər verir ki, Avstriyaya "Pfizer/BioNTech" vaksinin ilk tranşı on min doza olmaqla dekabrın 26-da gətirilməli və dekabrın 27-də Vyana Tibb Universitetində ilk pasiyentə peyvənd vurulmalıdır. Gələn ilin martına kimi isə ölkəyə ümumilikdə yarım milyon doza vaksin gətirilməlidir.