Daha bir ölkə sərt karantinə keçdi

  • 2020.11.02 10:35
  • 9053 Baxış
Daha bir ölkə sərt karantinə keçdi

Almaniyada sərt karantin rejimi qüvvəyə minib.

Medicina.az xəbər verir ki, ayın sonuna qədər tətbiq olunacaq rejim koronavirusun sürətlə yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilir.

Almaniya kansleri Angela Merkel ölkə daxilində yeni sərt məhdudlaşdırma rejiminə ehtiyac olduğunu izah edərək, səhiyyə sisteminin artan xəstə sayının öhdəsindən gələ bilsə də, xəstə sayının bir neçə həftə ərzində tutum həddinə çatacağını söyləyib.

Karantin rejimi çərçivəsində teatr, fitness klublar bağlanacaq, insanlar arasında əlaqələr məhdudlaşdırılacaq, turist səyahətləri qadağan olunacaq. İaşə müəssisələri yalnız çatdırılma xidməti vasitəsilə fəaliyyət göstərəcək. Məktəblər və uşaq bağçaları açıq qalacaq, bərbər və gözəllik salonları məhdud sayda müştəri ilə işə davam edəcək.

Qeyd edək ki, epidemiyanın başlanğıcından bəri Almaniyada 532 min 930 nəfər koronavirusa yoluxub, 10 min 481 ölüm qeydə alınıb. 355 mindən çox xəstə sağalıb.