Daha bir ölkədə Britaniya ştammı aşkarlandı

  • 2021.03.23 18:03
  • 1601 Baxış
Daha bir ölkədə Britaniya ştammı aşkarlandı

Moldovada COVID-19 virusunun Britaniya ştammı aşkarlanıb.

Medicina.az xəbər verir ki, Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 23 nəfərdən götürülən analizdən 11-də Britaniya ştammı aşkarlanıb.

Həmin şəxslər Böyük Britaniyadan Moldovaya gələn yerli və xarici vətəndaşlardır.

Qeyd edək ki, Moldovada sərt karantin rejimi tətbiq edilir.