Daha bir ölkədə meymunçiçəyindən İLK ÖLÜM

  • 2022.09.02 08:16
  • 588 Baxış
Daha bir ölkədə meymunçiçəyindən  İLK ÖLÜM
Belçikada meymunçiçəyindən ilk ölüm qeydə alınıb.

Bu barədə "France 24" telekanalı məlumat yayıb.

Belçika İctimai Səhiyyə İnstitutunun həftəlik hesabatında deyilir ki, 11,5 milyon əhalisi olan Belçikada avqustun sonunda xəstəliyə 706 təsdiqlənmiş yoluxma halı var.

Bütün təsdiqlənmiş halları qeyd edən Ümumdünya Səhiyyə Təşkilatı avqustun 31-nə 101 ölkə və ərazidə 50 496 yoluxma və 16 ölüm hadisəsini açıqlayıb.

Meymunçiçəyi Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış nadir yoluxucu xəstəlikdir. Onun əlamətləri ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır.