Daha bir qazi özünü yandırdı

  • 2022.09.12 17:09
  • 492 Baxış
Daha bir qazi özünü yandırdı


Bakı sakini özünü yandırıb.

TƏBİB-dən Bakupost.az -a verilən xəbərə görə, Bakı sakini Elnur Rüstəmov hazırda Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır.

Bildirilib ki, vəziyyəti kritik ağırdır.

Qeyd edək ki, onun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib.

Elnur Rüstəmov müharibə iştirakçısıdır.