Daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

  • 2020.12.08 16:29
  • 1313 Baxış
Daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib.

Bu barədə AzTU-dan məlumat verilib.

Bildirilib ki, H.Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.

1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib.

2011-ci ildə yenidən bu vəzifəyə müsabiqə yolu ilə seçilərək ömrünün sonuna kimi işini davam etdirib.

120-dən artıq elmi əsərin, ali məktəb tələbələri üçün 2 dərslik, 4 dərs və metodiki vəsait, abituriyentlər üçün 1 test kitabının müəllifidir.

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak edib.