Daha iki nəfər koronavirusdan öldü - 188 yeni yoluxma

  • 2020.08.29 17:32
  • 3444 Baxış
Daha iki nəfər koronavirusdan öldü -  188 yeni yoluxma
Azərbaycanda koronavirus infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6384 test aparılıb.

Aktiv xəstə sayı isə 2069 nəfərdir.