Ayaqların daim soyuq olmasının əsas səbəbi

  • 2020.10.14 13:56
  • 1932 Baxış
Ayaqların daim soyuq olmasının əsas səbəbi
Daim ayaqlarının donmasından şikayət edənlər bunun səbəbini sinir sistemində də axtarmalıdır.

Medicina.az xəbər verir ki, həkim nevroloq İrina Lyaskinanın fikrincə, soyuq ayaqlar damar, nevroloji patologiyalardan xəbər verə bilər.


Əgər şaxtada gəzmədən, soyuq suda ayaqları yumadan ayaqlarınız buz bağlayırsa, bu xəstəliklərdən şübhələnmək olar:

Reyno sindromu, polineyropatiya, şəkərli diabet, xroniki intoksikasiya, qalxanvari vəz problemləri, böyrək xəstəlikləri.

Profilaktika məqsədilə düzgün corab, ayaqqabı seçmək, süni materiallardan uzaq durmaq lazımdır. Qan dövranını aktivləşdirmək üçün səhər-axşam kontrastlı vanna edin. Yəni ayaqları gah isti, gah soyuq suda saxlayın.

Bu problemdən əziyyət çəkənlər öncə damar həkimi - fleboloq, daha sonra nevroloq müayinəsindən keçməlidir.