Daimi stress gözləri zəiflədir, korluq yaradır – Bioloqlar

  • 2023.01.19 16:37
  • 1086 Baxış
Daimi stress gözləri zəiflədir, korluq yaradır  – Bioloqlar

Bioloqlar stresin gözlərə dəhşətli təsirini açıqlayıb.

“Medicina” xəbər verir ki, Kaliforniya universitetinin alimləri stresin görmə toruna təsir etdiyini, göz damarlarını daraltığını və qlaukomaya, korluğa səbəb olduğunu sübut edib.

Qlaukoma – görmə sinirini zədələyən ağır xəstəlikdir. O göziçi təzyiqin daim yüksək olmasından qaynaqlanır.

Alimlər siçanlar üzərində təcrübədə gənc görmə torunda aksonların itkisi əlamətləri aşkar etməyib.

Lakin yaşlı və stresə məruz qalmış siçanlarda qlaukoma aşkarlanıb.
Stress bəzi genlərdə dəyişiklik yaradır, bu da görmə sinirini zədələyir.

Onların sayına görə gələcəkdə qlaukomanı daha erkən diaqnoz etmək mümkün olacaq.

Bu genlərin aktivliyinə təsir etməklə, görmənin qocaldıqca itməsinin qarşısını da almaq olar.
Hazırda qlakomanı təsdiq etmək üçün gözdaxili təzyiq 3-5 sutka mütəmadi yoxlanmalıdır.

Qlaukomanın tam müalicəsi yoxdur.

Aygün Musayeva