Damaqda qanama və bədəndə göyərmələr - Sirrozdan ola bilər

  • 2024.01.10 17:54
  • 621 Baxış
Damaqda qanama və bədəndə göyərmələr   - Sirrozdan ola bilər

Qaraciyərlə bağlı problemlər başdan tutmuş ayağa kimi çox orqanlara təsir edir.


“Medicina” xəbər verir ki, Britaniyalı mütəxəssislər sirrozun bədəndə müxtəlif qanamalara səbəb olduğunu əsas götürərək, 2-3 simptoma diqqət yetirməyə çağırıb.

“Başlanğıc mərhələdə sirrozun olmasını anlamaq, hiss etmək çox çətindir. Qaraciyər getdikcə öz funksiyasını itirdiyi üçün bəzi zahiri əlamətlər görünür.

Bu siqnallardan biri də damaq, diş əti qanaması və səbəbsiz göyərmələr, qançırlardır. Hətta insan bir balaca harasa toxunduqda iri, böyük və gec sovrulan hematoma kimi göyərmələr əmələ gəlir.

Sirroz çox asanlıqla qanamalara yol açır. Burundan da tez-tez qan açılması sirrozdan ola bilər.

Digər diqqət yetirilməli məqamlar:

- Yorğunluq
- İştahsızlıq
- Əzələ itkisi
- Dəridə qaşıntı
- Saçların tökülməsi
- Titrəmə
- Daban, ovuc və ayaqların şişməsi
- Qarının böyüməsi



Aygün Musayeva