Damardan tromb ayrılmasının əlaməti - Təhlükəli an

  • 19 Noy 2021 16:27
  • 819 Baxış
Damardan tromb ayrılmasının əlaməti -  Təhlükəli an
Rusiyalı kardioloq Anna Koreneviç infarkt təhlükəsi yaradan tromb ayrılması barədə danışıb.

Onun sözləriən görə, ürəyi ən çox təhdid edən xolesterin lövhələri koronar damarlarda (Koronar arteriyalar ürək əzələsinə oksigenli qan verir) əmələ gəlir.

“Koronar arteriyalarda tromboz yarandıqda insan döş sümüyünün arxasında 15 dəqiqədən çox davam edən sıxılma xarakterli ağrılar hiss etməyə başlayır. Zəiflik, tərləmə yaranır, ölüm qorxusu çox xarakterikdir”, - Koreneviç deyib.

Bundan əlavə, bu vəziyyətdə nəfəs darlığı, ürəkbulanma və qusma baş verə və ağır vəziyyətlərdə isə adam boğulmağa başlaya bilər.

Kardioloqun sözlərinə görə, ağrılar döş qəfəsinin bütün səthində, sol və ya hər iki qolda, boynun ön hissəsində də ola bilər. Bu vəziyyətdə ağrı hətta alt çənədə də görünə bilər.

Həkim vurğulayır ki, bu simptomlar üzə çıxanda təcili yardım çağırmaq lazımdır.