Damarı tutulanlara hansı qidalar qadağandır

  • 2022.12.22 15:22
  • 1759 Baxış
 Damarı tutulanlara hansı qidalar qadağandır


Damarlarında tıxanma, daralma, ateroskleroz olan insanlara bəzi qidaları yemək olmaz.

Bakupost.az xəbər verir ki, dietoloq Yelena Solomatina bu adamlara ürək-beyin infarktı, insultdan qorunmaq üçün bəzi qidaların qadağan olunduğunu bildirib.


“Çox duzlu yemək, şoraba, yağlı qida, şirniyyat xolesterini daha da artırır, bu da damarlarda tıxanmaları çoxaldır. Doymuş yağlarla zəngin donuz, mal, qoyun əti, eləcə də yağlı pendir, kəsmik, xama, qaymaq rasiondan çıxarılmalıdır.

Bəzi hazır qidalar gizli yağ daşıyıcısıdır-bunlar kolbasa, sosis, konfetlər, qənnadı məmulatları, yarımfabrikatlar.
Bu insanlar bədəndə maye toplanmasına səbəb olan qidaları yeməməlidir ki, təzyük yüksəlməsin.


45 yaşdan sonra damar tutulması, ateroskleroz riski artır. Yaşlı adamlara xüsusən bu qidalar olmaz”.