Damarları məhv edən 2 amil - Məşhur həkimdən

  • 2022.04.20 15:25
  • 2124 Baxış
Damarları məhv edən 2 amil   - Məşhur həkimdən

Arıqlamaq xolesterini həbsiz azaltmağa kömək edir.

Medicina.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Yelena Malışeva “Komsomolskaya Pravda” radiosuna danışıb.

Mütəxəssisin fikrincə, 5% arıqladıqdan sonra qanda xolesterinin səviyyəsi 8 % -ə enir.

“İkincisi, yağ yandırmağa və pis xolesterini azaltmağa kömək edən idmandır. Lakin siz müntəzəm olaraq məşq etməlisiniz: həftədə beş gün 30 dəqiqə. Qanda şəkərin səviyyəsini də aşağı salmalısınız. Şəkərin səviyyəsi ən azı 5% azalırsa, qanda xolesterin 6% azalır. Yüksək şəkər və xolesterin isə qan damarları üçün əsl dəhşətdir”, - həkim açıqlamasında bildirib.

Bundan əlavə, Malışeva düzgün qidalanmağı tövsiyə edib. Belə ki, gündə 125 qram qızılbalıq yemək qanda xolesterinin səviyyəsini 7% azaldır. /publika.az/