Damarlarınızın dağıldığını göstərən 7 əlamət - Kardioloq sadaladı

  • 25 May 2022 11:54
  • 1799 Baxış
Damarlarınızın dağıldığını göstərən 7 əlamət    - Kardioloq sadaladı

Əl-ayaq barmaqlarının uyuşması, hissiyatın itməsi, keyiməsi damarların sıradan çıxdığını göstərə bilər.


Bakupost.az xəbər verir ki, kardioloq həkim Vadim Juk damarların normal olmadığını göstərən 7 əlaməti sadalayıb.


1. Ayaqlarda pələng dərisinə bənzər ləkələnmə, qəhvəyi sahələr
2. Dəridə qızarma
3. Ayaqlarda, qollarda istilik
4. Dəridə iltihab, qızdırma

5. Barmaqların tərpənməz dərəcədə keyiməsi
6. Dəridə həssaslığın itməsi
7. Tez-tez qıcolmalar


Həkim bildirib ki, bəzən dərin venalar zədələnəndə insan bunu hiss etmir. Problemi ancaq fleboloq müayinədə görə bilər.

Flebotromboz və tromboflebit kimi ciddi patologiyalar əməliyyat tələb edə bilər.


Aygün Musayeva
BakuPost