Denge qızdırmasına görə fövqəladə vəziyyət elan edildi

  • 2024.03.26 16:10
  • 368 Baxış
Denge qızdırmasına görə  fövqəladə vəziyyət elan edildi
Puerto-Rikoda Denge qızdırması hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Medicina.az xəbər verir ki, Puerto Riko Səhiyyə Nazirliyi ilin əvvəlindən bu yana ölkədə ən azı 549 danq qızdırması faktının qeydə alındığını açıqlayıb.

Məlumata görə, xəstələnənlərin əksəriyyəti paytaxt San Juanda yaşayanlardır. Hazırda 340-dan çox insan danq qızdırması səbəbilə xəstəxanada müalicə alır.

Səhiyyə naziri Karlos Mellado mövzu ilə bağlı verdiyi açıqlamada bu il danq qızdırması hallarının rekord saya çatdığını bildirib.

Xatırladaq ki, fevral ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tropik xəstəliklər bölməsinin direktoru Raman Velayudhan 2023-cü ildə dünyada 5,5 milyondan çox danq qızdırması aşkarlandığını və bu xəstəlikdən 5 min nəfərin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə yayılan danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

"Yağışlı dövrlər" hesab edilən mart, iyun, sentyabr və dekabr aylarında danq qızdırmasına yoluxma halları artır. Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və danq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.


Aysel