Davamlı bel ağrılarının səbəbləri - Nevroloqdan məsləhət

  • 2021.11.01 15:23
  • 2321 Baxış
Davamlı bel ağrılarının səbəbləri -  Nevroloqdan məsləhət
Bel ağrısının intensivliyi uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər

Bel ağrısı qəflətən başlayır, ya da zamanla bel strukturunda dəyişikliyə görə tədricən başlayır. Ən çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən cox çəkir.

Medicina.az xəbər verir ki, nevroloq Aygün Məmmədova Bel ağrılarının səbəblərini açıqlayıb:

-Onurğa əzələsinin və bağların dartılması-bu tip kəskin ağrılar əzələ və bağların həddən artıq gərilməsi və zədələnməsi ilə bağlıdır.Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər.

-Spondilyoz və fəqərəarası disklərin degenerasiyası. Ən çox rast gəlinən səbəblərdən biridir.

-Disk yırtıqları və protruziyalar

-Radikulopatiya -bu vəziyyət sinir kökünün sıxılması, zədələnməsi və iltihablaşması nəticəsində baş verir. Sinir sıxılanda ağrı, keyləşmə və digər simptomlar sinir innervasiya sahəsində müşahidə oluna bilər. Radikulopatiya ən çox spinal stenoz və disk yırtığı zamanı sinir sıxılmasında baş verir.

-İşiaz-oturaq sinirin iltihablaşmasıdır. Bu sinir bədənin ən iri və uzun siniridir. Bel nahiyəsində bir neçə sinirin birləşməsindən əmələ gələn bu sinir ayaq pəncəsinə qədər uzanır. İşiazda müxtəlif ağrılar ola bilər, beldən başlayıb ayağın barmaqlarına qədər irradiasiya verə bilər. Kəskin, yandırıcı, “cərəyan vuran” kimi, ya da yorucu sızıltı şəklində ağrılar olur.

➡️Piriformis sindrom -oturaq sinirinin piriformis əzələsinin altında sıxılması, ya da qıcıqlanması nəticəsində baş verən ağrılı bir sindromdur. İşiazın təxminən 5%-i bu sindromla bağlı olur. Travmalar və uzunmüddətli oturaq rejimi bu sindromun yaranmasının əsas səbəblərindəndir.

➡️Spondilolistez-bu hallarda fəqərələr normal pozisiyasından “sürüşür” və onurğa beyini və sinirlərini sıxa bilər.

➡️Spinal stenoz-onurğa kanalının daralması nəticəsində baş verir və sinirlərin sıxılması ilə müşahidə olunur. Bu vəziyyətdə hərəkət zamanı ayaqlarda keyləşmə və ağrı olur. Stenoz artdıqca ayaqlarda zəiflik, hissiyyat və hərəkət pozulması baş verə bilər.

➡️Onurğa deformasiyaları - skolioz, lordoz və s.