Daxili İşlər Nazirliyindən vətəndaşlara ciddi XƏBƏRDARLIQ

  • 2020.05.08 18:06
  • 1722 Baxış
Daxili İşlər Nazirliyindən vətəndaşlara  ciddi XƏBƏRDARLIQ

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu məqsədlə əhalinin sanitar qaydalara əməl etməsi üçün paytaxt Bakı, eləcə də respublikanın bütün şəhər və rayonlarında polis, həmçinin, Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, xüsusən mayın 9-da fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteninin ərazisində olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməlidir.