Daxili orqanları cavanlaşdıran içki

  • 2024.03.18 09:30
  • 537 Baxış
Daxili orqanları cavanlaşdıran içki
Çuğundur kvas kimi fermentləşdirilmiş formada istehlak edildikdə daxili orqanların regenerasiya prosesini sürətləndirir.

Mütəxəssislər bu faydalı içkinin hüceyrə yaşlanmasını dayandırdığını bildirirlər.

Medicina.az çuğundur kvasının faydalarını təqdim edir:

- Tədqiqatlar göstərir ki, çuğundur kvası hüceyrələrin bərpasını asanlaşdırır.

- Betain və C vitamini baxımından çox zəngin olan çuğundur bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur.

- Çuğundur kvası içmək DNT-nin zədələnməsinin qarşısını alır.

- Çuğundur tərkibindəki nitrat sayəsində qan damarlarının genişlənməsinə imkan verir.

- Qan təzyiqini tənzimləyən çuğundur daxili orqanların hüceyrə regenerasiyasına kömək edir.

- Həzm sistemini tamamilə tənzimləyən bu tərəvəz bağırsaqların sağlamlığını yaxşılaşdırır.

- Çuğundur kvas kimi istehlak edildikdə bağırsaq florasını yeniləyir və probiotik dəstək verir.

- Çuğundur kvası immunitet sistemini gücləndirən C vitamininin güclü mənbəyidir. Bu içki tərkibindəki maddələr sayəsində enerji səviyyəsini artırır.

- Çuğundur qaraciyərin bərpası prosesini sürətləndirir və orqanizmi toksinlərdən təmizləyir.

- Qan şəkərinin dalğalanmasının qarşısını aldığı üçün gün ərzində baş verə biləcək “aclıq böhranları”nı önləyir.

- Dəri sağlamlığını dəstəkləyən çuğundur qocalma əlamətlərini azaldır.


Aysel