Daxili orqanları əks tərəfdə olan 62 yaşlı qadın əməliyyat edildi

  • 2019.08.05 11:15
  • 4030 Baxış
Daxili orqanları əks tərəfdə olan 62 yaşlı qadın əməliyyat edildi
62 yaşlı qadın xəstə 3-4 gün epiqastrik bölgədə ağrı şikayəti ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Bu barədə medicina.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Müayinələr zamanı xəstənin anamnezində Situs inverus (Döş və qarın boşluğundakı daxili orqanların bədənin qarşı tərəfində olması. Normalda sağda olmalı orqanlar solda, soldakılar sağda yerləşirlər) anomaliyası olduğu görülüb. Qaraciyər sol tərəfdə yerləşdiyi üçün öd kisəsinin iltihab prosesi klinik müayinə əlamətləri də sol tərəfdə idi. Əməliyyatı icra edən həkim əməliyyatın uğurla başa çatdığını və xəstənin evə yola salındığını bildirib.