Dayanan ürəyi bərpa edən cihaz - Tibb dünyasında YENİ cığır - FOTO

  • 17 Dek 2019 14:31
  • 5180 Baxış
Dayanan ürəyi bərpa edən cihaz -  Tibb dünyasında YENİ cığır - FOTO
Tibb dünyasında cığır açan yeni cihaz istifadəyə verilib.

Bu cihazıa Amerikanın Duke Universitetində həkimlər ölən şəxsin ürəyini çıxarıb yenidən işlək vəziyyətə gətiriblər. Həmin ürək başqa bir xəstəyə uğurla köçürülüb.

Medicina.az xəbər verir ki, həkimlər bildirir ki, İngiltərə və Avstraliyadan sonra bu əməliyyat ilk dəfə Amerikada keçirilib. Bu zaman ölən şəxsin ürəyi çıxarılır və bir cihazın içinə yerləşdirilir. Bununla ürəyin fəailiyyəti yenidən bərpa olur və digər xəstəyə köçürülür.

Həmin cihaz Türkiyə Səhiyyə Nazirliyi tərəfindən də böyük maraqla qarşılanıb.Hazırda Türkiyədə beyin ölmü gerçəkləşməyən xəstələrin ürəyi, donor kimi istifadə edilə bilmir.

Bəlli bir müddət dayanıb yenidən işlədilən ürəkdə problemlər meydana gəlmə ehtimalı ilə, digər xəstələrə köçürülmür. Bu cihazla isə dayandıqdan sonra yenidən döyünən hala gətirilən ürəyin heç bir problemsiz digər şəxslərə nəql edilə bilər.