Dəhşətli ağrılarla başlayan kəmərvari herpesin ƏLAMƏTLƏRİ

  • 2022.06.30 14:23
  • 3933 Baxış
Dəhşətli ağrılarla başlayan kəmərvari herpesin  ƏLAMƏTLƏRİ


Herpes virusunun bədənin iri səthində çıxan, daha çox mərkəzi sinir sistemini zədələyən kəmərləyici dəmrov növü bəzən ilkin yayındırıcı əlamətlərlə başlayır.


Bakupost.az xəbər verir ki, infeksionist İrina Davıdova bu xəstəliyə əvvəllər su çiçəyinə yoluxan hər kəsin tutula biləcəyini deyib.
Bu, herpesin III tipi hesab olunur.

O, Zoster virusun aktivləşməsi nəticəsində başlayır. Su çiçəyindən sonra virus orqanizmdə gizlənir və münbit şərait olan kimi, xüsusən immunitet zəiflədikdə, bədən kəskin soyuduqda baş qaldırır.

İnsan adi herpesdən fərqli olaraq onu fərqləndirə bilmir.

Əvvəlcə qabırğalarda və ya üzdə, çənədə ağrılar başlayır. Ağrı sinir, miozit ağrısına çox oxşayır. Daha sonra oynaq, əzələlərdə ağrı yayılır, baş ağrısı və hərarət olur.

Bir neçə gün ağrılardan sonra üzdə, kürəkdə, beldə, qollarda ağrılı herpes səpkiləri çıxır.
Ağır hallarda nekroz, meningit də ola bilər.

Həkimin sözlərinə görə, o qabarçıqların içində yoluxucu virus olur, onun suyu dəyən insana da Zoster keçə bilər. Ona görə xəstə ətrafı üçün yoluxdurucu ola bilər.

Gənclərdə kəmərvari dəmrov stress, yorğunluq, tükənmədən çıxa bilər. Profilaktika məqsədilə bu virusa qarşı peyvənd etdirmək olar.
Müalicəsini infeksionist və nevroloq aparır. Müalicə 14 gün çəkə bilər.


Aygün Musayeva
BakuPost