Dəhşətli soyuqlar gəlir - Sabahdan

  • 2025.12.12 17:35
  • 56 Baxış
Dəhşətli soyuqlar gəlir    - Sabahdan


Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Medicina.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

medicina.az