Delta covidin əsas və nadir əlamətləri – Xəstəliyin bütün simptomları

  • 2021.11.19 19:22
  • 3058 Baxış
Delta covidin əsas və nadir əlamətləri  – Xəstəliyin bütün simptomları


Hazırda kovid xüsusiyyətlərini dəyişərək qrip kimi təzahür edir. Delta ştamm əvvəlki koronavirusdan daha fərqli əlamətlər göstərir

Medicina.az hazırkı ştammın bütün ümumi və nadir rast gəlinən simptomlarını bir yerə toplayıb.

Hələ də insanlar mənə soyuq dəyib, bəlkə qrip deyərək, qiymətli zamanı itirir.

Bu əlamətlər mümkün yoluxmanın siqnallarıdır. Simptomlar yoluxma anından sonrakı 3-5-7 gün ərzində özünü göstərə bilər.


Əsas simptomlar:

- Əzələlərdə ağrı
- Yorğunluq, əzginlik
- Qızdırma
- Quru öskürək
- Təngənəfəslik
- Dad və iybilmənin azalması, dəyişməsi, sonra itməsi
- Ağızda quruluq
- Tərləmə
- Baş ağrısı

Nadir simptomlar:

- Dəridə qızarma
- Ürəkbulanma, qusma
- Döş qəfəsində yanma, sıxılma
- İshal, qarın ağrısı


Bu əlamətlərdən ən azı 2-3 olarsa, dərhal yaxma testi verib, ailə həkiminizə müraciət edin. Eləcə də testin cavabı çıxana kimi işə, təhsilə davam etməyin, maska taxın, özünüzü təcrid edin.