"Delta" ştammı bu şəxslər üçün xüsusilə TƏHLÜKƏLİDİR

  • 2021.07.10 11:38
  • 1626 Baxış
"Delta" ştammı bu şəxslər üçün xüsusilə  TƏHLÜKƏLİDİR
Hindistanda “delta” variantı adlandırılan koronavirus ştammı 14-29 yaş arasındakı insanlar üçün xüsusilə təhlükəlidir.

Medicina.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Epidemiologiya Elmi Tədqiqat İnstitutunun direktor müavini Aleksandr Qorelov deyib. Yeni mutasiyadan danışan mütəxəssis virusun yaşa görə dəyişdiyini bildirib.

“Əvvəllər koronavirus əsasən yaşlılara təsir edirdisə, indi gənclər, xüsusən də yeniyetmələr infeksiyadan qorxmalıdırlar. Valideynlər uşaqları ilə eyni vaxtda xəstələnir və ya əksinə”, - həkim “Danışır Moskva” radiostansiyasının efirində qeyd edib.