Dəm qazı gündə neçə can alır?

  • 2026.02.09 18:34
  • 67 Baxış
Dəm qazı gündə neçə can alır?



Bakı və Siyəzən sakinləri dəm qazından zəhərlənərək ölüblər.

Medicina.az "Report"a istinadən xəbər verir ki, Siyəzən rayon sakini İzzət Zaur oğlu Cəfərov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsində yaşayan 2003-cü il təvəllüdlü şəxs evin hamam otağında tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

medicina.az