Demensiya ilə bağlı 3 əsas risk faktoru müəyyən edildi

  • 2024.03.28 21:35
  • 459 Baxış
Demensiya ilə bağlı 3 əsas risk faktoru müəyyən edildi
İngiltərədə aparılan elmi araşdırma demensiyaya səbəb olan ən zərərli risk faktorlarını üzə çıxarıb.

Medicina.az xəbər verir ki, beynin daha sürətli qocalmasına səbəb ola biləcək risk faktorları İngiltərənin Oksford Universitetinin tədqiqatçıları tərəfindən araşdırılıb. Genetik və dəyişdirilə bilən risk faktorlarının qocalmağa və xəstəliklərə həssas olan beyin bölgələrinə təsiri müşahidə edilib.

Tədqiqat çərçivəsində yaşı 45-dən yuxarı olan 40 min iştirakçının beyin MRT-ləri təhlil edilib.

Tədqiqatçılar qocalmanın insan orqanizminə təbii təsirlərindən başqa, həssas beyin şəbəkəsində demensiyaya səbəb ola biləcək 161 risk faktorunun təsirlərini də sadalayıblar.

Dəyişdirilə bilən 15 risk faktoru arasında şəkərli diabet, nəqliyyatla əlaqəli hava çirkliliyi və alkoqol istehlakının ən zərərli olduğu müəyyən edilib. Beynin müəyyən hissələri bu üç risk faktoruna daha həssas görünür.

Demensiyaya səbəb ola biləcək digər amillərə qan təzyiqi, xolesterol, diabet, çəki, siqaret və yuxusuzluq daxildir.

Qeyd edək ki, araşdırmanın gələcəkdə xəstəliyin müalicəsinə töhfə verə biləcəyi ifadə edilib.


Aysel