Demensiyanın ən birinci simptomu – Yaşlılarda diqqət

  • 2023.05.04 15:52
  • 1082 Baxış
Demensiyanın ən birinci simptomu  – Yaşlılarda diqqət
Demensiya əsasən, insan yaşlandıqca, qabarıq şəkildə özünü göstərir. Hazırda dünyada demensiya 65 yaşdan sonra 30% yaşlıları əhatə edir.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandr Alexinin sözlərinə görə, demensiya yaddaş zəifliyi ilə özünü göstərir.

Həkim əqli çatışmamazlığın ilkin simptomlarını sadaladı:

Yaddaş itkisi, xüsusən də son hadisələri xatırlamaqda çətinlik, adlar, tarixlər və vaxtlarda qarışıqlıq, eyni sualların və ya məlumatların təkrarlanması.

Düzgün sözləri tapmaqda problem - insan birdən söhbətə davam etməkdə və ya qoşulmaqda çətinlik çəkir. Məsələn, cümlənin ortasında dayanıb, necə davam edəcəyini bilmir və ya özünü təkrarlamağa başlayır.

Davranış dəyişiklikləri – Adətən belə hallarda insan çaşqın, şübhəli olur, depressiyaya düşə, qorxa və ya narahat ola bilər.

Qərar verərkən, normadan kənar riskli və ya impulsiv qərarlar verirlər.

Aynurə Məmmədova