Demensiyanın səbəbi beynin iltihabıdır – Yeni iddia

  • 2019.12.06 18:24
  • 4684 Baxış
Demensiyanın səbəbi beynin iltihabıdır –  Yeni iddia

Yaxın 10 ildə milyonlarla yaşlı insanı cənginə alacaq demensiya və Alsgeymerin səbəbinin beyində başlayan iltihab olması təsdiq edilir.


Medicina.az xəbər verir ki, Kaliforniya və İsrail Elmi tibbi universitetlərinin birgə tədqiqatlarının teoriyası qocalıq əqli geriliyinin beyin toxumasının iltihabı olması idi.


Əslində hesab olunurdu ki, beyin neyronların ölməsi nəticəsində qocalır. Lakin bu tədqiqat sübut etdi ki, insan yaşlandıqca onun hematoensefalik baryeri zəiflətir, burdan infeksiyalar beyinə keçir, orda ciddi iltihab yaradaraq hüceyrələrin ölümünə səbəb olur.


Bu nəzəriyyəni 70 yaşından yuxarı, əqli demensiya keçirən xəstələrin MRT çəkimi göstərib. Xəstələrin 65%-nin hematoensefalik baryeri dəlik idi.


Siçanlar üzərində də təcrübə göstərdi ki, bu dəlik olduqda, beynin ritmi pozulur, beyin toxumalarına infeksiyalar keçir.
Eyni mənzərə Alsgeymer, epilepsiyalı xəstələrdə də görülür.


Beynin iltihalaşması ilə mübarizə aparmaq üçün həkimlər beyin üçün iltihabəleyhinə müalicə sxemini təklif edir.
Ola bilər ki, vaxtında EEQ və MRT olunaraq həmin baryerin pozulmasını aşkarlayıb, bu dərmanlar tətbiq olunsa, beyni xilas etmək olar.


Eləcə də gələcəkdə baryerdə yaranan bu deşikləri bağlamaq metodu da işlənməlidir.