Depressiyanın atipik əlamətləri necədir?- 10 ƏLAMƏT

  • 2023.05.22 17:02
  • 1898 Baxış
Depressiyanın atipik əlamətləri necədir? - 10 ƏLAMƏT
Depressiyanın atipik əlamətləri daha təhlükəlidir. Çünki, bəzən bu əlamətlər normal qəbul edilə bilər. Nəticədə xəstəlik isə xroniki hal alır, müalicədə gecikir.

“Medicina” xəbər verir ki, başqa xəstəliklərlə səhv salınan atipik əlamətlər müalicənin gec başlamasına səbəb olur.

Atipik depressiyada insanla nə baş verir?

1. İştah, qidalanma və şəkidə dəyişikliklər – çox və ya az yemək, arıqlamaq və kökəlmək. Ağız dadının itirilməsi də müşahidə olunur.

2. Həddən artıq çox və ya çox az yatmaq - Depressiya sizi oyaq saxlayır, yuxunuzu səthi edir və ya səhər yataqdan qalxmağınıza mane olur. Hər iki vəziyyətdə oyaq olduqda süstlük və yuxululuq hiss edəcəksiz.

3. Seksə marağın itməsi - Aşağı libido, "zövq hormonları" dofamin və serotonin səviyyəsinin azalması beyindəki kimyəvi balanssızlığın nəticəsi ola bilər.

4.Psixomotor geriləmə - İnsan adi haldan daha yavaş danışmağa, düşünməyə, hərəkət etməyə başlayır. Hətta duş qəbul etmək, dişlərinizi fırçalamaq və ya yemək bişirmək kimi gündəlik işlər problemə çevrilir. Bu vəziyyətə psixomotor geriləmə deyilir.

5. Psixomotor təşviq - Bəzi insanları depressiya yavaşlatmır. əksinə sürətlənir - daha sürətli hərəkət edir və danışır, düşüncələri sıçrayır, diqqətlərini cəmləyə bilmir, narahatlıq və daim təlaş içində olur. Psikomotor təşfiqdə intihar düşüncələri riski daha yüksəkdir.

6.Qərar qəbulu ilə bağlı problemlər - İnsan üçün diqqətini qarşısında duran vəzifələrə cəmləmək, fikirlərini ifadə etmək, aydın düşünə bilmək, gündəlik vəziyyətlərdə belə sadə qərarlar qəbul etmək çətinləşir.

7. Qəbizlik və ishal - Depressiya normal bağırsağın işinə mane ola bilər. Bəzi insanlar üçün həzm yavaşlayır, bu da qəbizliyə gətirib çıxarır, bəziləri üçün isə sürətlənir, bu da ishala səbəb olur.

8. Bədəndə müxtəlif ağrılar - Heç bir fiziki səbəblə əlaqəli olmayan bel, qarın, ayaq, qol, oynaq, sümük ağrıları da depressiya əlamətidir.

9. Qəfil əhval dəyişikliyi - Depressiyadan əziyyət çəkən insanlar bir-birini qəfil əvəz edən güclü emosiyalar yaşaya bilərlər - qıcıqlanma, qəzəb, əsəbilik, panika, kədər, göz yaşları, başqa insanlara qarşı dözümsüzlük və s.

10. Yalnızlığa meyillilik – ailə, dostlar və tanışlardan uzaqlaşırlar.

11. Məcburi təbəssüm - Bəzi hallarda insanlar çox geniş bir təbəssüm arxasında vəziyyətlərini gizlətməyə çalışırlar, İctimaiyyətdə insan sadəcə, olaraq xoşbəxtlik və pozitivlik saçır. Lakin bunun arxasında tamamilə fərqli bir mənzərə var.


Aynurə Məmmədova