Depressiyaya meyillilik mədədən başlayır- ALİMLƏR

  • 2023.07.03 12:58
  • 1226 Baxış
Depressiyaya meyillilik mədədən başlayır -  ALİMLƏR
Depressiyanın səbəblərindən biri də zərərsiz qidalara, xüsusən də fast fooda olan həvəs ola bilər. Depressiya bu gün 300 milyondan çox insanı əhatə edir və tibbdə irəliləyişlərə baxmayaraq, yalnız üç vəziyyətdən birində sağalmaq mümkündü, xəstəliyin geri dönmə şansı 50% təşkil edir.



“Medicina” xəbər verir ki, alimlər tərəfindən qida və emosional vəziyyət arasındakı əlaqəni araşdıran 41 araşdırmanın icmalı stresli insanların fast food yedikdə depressiyaya düşdüyünü sübut edib.


Əksinə, insan nə qədər düzgün qidalanırsa, depressiya ilə xəstələnmə riski bir o qədər az olur.

Ən risklisi yağ və şəkəri yüksək olan qidaların müntəzəm istifadəsidir. Bunun əksinə olaraq, Aralıq dənizi pəhrizinə mümkün qədər yaxın olan insanların depressiyaya düşmə ehtimalı daha azdır.

Aralıq dənizi pəhrizi çoxlu təzə meyvə, tərəvəz, meyvə, kartof, lobya, qoz-fındıq və toxum yeməkdən ibarətdir. Süd məhsulları da yüksək qiymətləndirilib, balıq, ət və qırmızı şərab normada istifadə olunur.

Əvvəllər sübut olunub ki, Aralıq dənizi ətrafında yaşayan əhalinin ənənəvi mətbəxi ürək-damar xəstəlikləri riskini 33%, xərçəng riskini isə 24% azaldır.

Günay Quluzadə