Deputatdan həyəcan TƏBİLİ: "Böyük fəlakətlər baş verə bilər"

  • 2020.12.21 14:50
  • 10426 Baxış
Deputatdan həyəcan TƏBİLİ:  "Böyük fəlakətlər baş verə bilər"

"Böyük fəlakətlər baş verə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı COVID-19-la mübarizədə istifadə olunan dərman preparatlarının tapılmamasından və baha qiymətə satılmasından danışarkən deyib. Deputat dərman sahəsində müəyyən monopoliyaların olduğunu deyib:

"Dərman satışı müəyyən qrupların əlindədir. Kim gətirir, necə satır, biz bunu bilmirik. Amma bəllidir ki, burada müəyyən qruplaşmaların rolu var. Yoxdur demək, doğru deyildir. Bəlkə də qiymətləri qaldırmaq üçün bu üsuldan istifadə edirlər. Xəstəliyin müalicə prosesi və istifadə olunan dərmanlar da bahadır. Ciddi şəkildə dövlət, hökumət və hakimiyyət bu işlə məşğul olmalıdır".

Sabir Rüstəmxanlı qeyd edib ki, xəstəxanalarda yer yoxdur:

"Camaatın çoxu dərmanlarını alıb evdə müalicə olunurdu. Dərman olmasa, böyük fəlakətlər baş verə bilər. Təcili bunun qarşısı vaxtında alınmalıdır".