Dərinin tez qocalmasını və mədə turşuluğunu tənzimləyir... GÜNƏBAXAN TUMUNUN FAYDALARI

  • 2019.08.26 18:00
  • 7144 Baxış
Dərinin tez qocalmasını və mədə turşuluğunu tənzimləyir...  GÜNƏBAXAN TUMUNUN FAYDALARI
  Günəbaxan tumunun tərkibində olan təbii fol və yağ turşuları damar xəstəliklərinin sağalmasına kömək edir, bağırsaqlarda olan toksinlərin orqanizmdən xaric olunmasına yardım edir və bununla da xərçəng riskini və xolesterolu azaldır. Medicina.az xəbər verirki, bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Günəbaxan tumlarının insan orqanizmi üçün bir neçə əhəmiyyəti var. Həzm prosesini yaxşılaşdırır, mədə turşuluğu yüksək olanda prosesin tənzimlənməsinə səbəb olur və doyma hissi yaradır. Müəyyən müddət qəbul edəndə onun yaratdığı doyma hissi qida qəbul olunmasına ehtiyac yaratmır və bu, çəkinin azalmasına səbəb olur”. Günəbaxan tumları orqanizmdə olan iltihab əlamətlərinin də aradan qaldırılmasında güclü təsirə malikdir. Tərkibindəki maqnezium və kalsium sümük sisteminin möhkəmlənməsinə yardım edir, sümük toxumasının əriməsinin qarşısını alır. Bu bitki əzələlərin rahatlaşmasına səbəb olur, qan təzyiqini aşağı salır, immuniteti artırır. Günəbaxan tumları saçların uzanması üçün lazın olan vitamin və minerallarla zəngindir. Protein qaynağı olan günəbaxan tumları saçların canlılığını artırır, dərinin tez qocalmasını tənzimləyir. Dərinin tez qocalmasını və mədə turşuluğunu tənzimləyir...  GÜNƏBAXAN TUMUNUN FAYDALARI