Dərinizdə qızarıqlıq, soyulma varsa...Dəridə yaranan Ekzema xəstəliyi nədir?

  • 2018.04.17 12:00
  • 42820 Baxış
Dərinizdə qızarıqlıq, soyulma varsa... Dəridə yaranan Ekzema xəstəliyi nədir?

Ekzema dəridə qaşınma, soyulma, qızarıqlıq, iltihablı yaralar olaraq xarakterizə edilən dəri xəstəliyidir. Saçda yaranan ekzema zamanı şiddətli qaşınmaların baş verməsi mümkündür.




Bir müddət sonra isə həmin nahiyələr soyulub kəpək kimi görünür. Bu isə saçların da tökülməsinə səbəb ola bilər. Bu əlamətləri müşahidə edirsinizsə ekzemadan şübhələnə bilərsiniz.




Medicina.az saçda yaranan ekzemanın səbəblərini təqdim edir:




Stress




Allergiyalar




Şampun, saç kremi kimi bəzi kimyəvi saç məhsulları




Quru saç dərisi




Kosmetik vasitələr




Genetik faktorlar