- Həmişə aktual olan suallara cavabDərmanı çayla atmaq olar?

  • 2018.12.26 09:29
  • 21539 Baxış
 - Həmişə aktual olan suallara cavab Dərmanı çayla atmaq olar?




Dərman preparatlarını su ilə qəbul etmək yaxşıdır, yoxsa, yeməklə? Dərmanı çayla içmək olarmı? 




Medicina.az bu sualların cavabını tapmaq üçün kiçik araşdırma aparıb. Məlum olub ki, bəzi yeməklər (məsələn, yağlı) preparatın qana sovrulmasını ləngidir. Bəziləri isə onu təsirini artıraraq, hətta normanı aşa bilər. Eyni hal içkilərlə də keçərlidir.

 

Orqanizmə ziyan vurmamaq üçün isə aşağıdakı qaydalara ciddi əməl etmək lazımdır:




1) Ağrıkəsicilərin qəbulu 




Analgetikləri südlə və kompotla qəbul etməyin. Bu içkilər dərmanın effektivliyini azaldır. Çay və qəhvə isə başqa effekt verir. Belə ki, onlar dərmanın qaraciyərə toksiki təsir göstərməsinə səbəb olur. Bəzi ağrıkəsicilər (məsələn amidopirin) qəbul edən zaman mütləq şəkildə hissə verilmiş məhsullardan imtina edilməlidir.




2) Antibiotiklərin qəbulu 




Əgər siz antibiotik qəbul edirsinizsə, o zaman süd və süd məhsullarından imtina edin. Əks halda dərman lazımi təsiri göstərə bilməyəcək. Eyni səbəbdən də turş şirələr, meyvələr və sirkə əlavə edilmiş yeməklərdən də imtina etsəniz yaxşı olar. 

 

3) Təzyiq dərmanlarının qəbulu




Əgər təzyiq dərmanı qəbul edirsinizsə, o zaman yaxşı olardı ki, duzlu balıq, kolbasa və vetçina kimi qidalardan uzaq durasınız. Bu məhsullar dərmanın effektivliyini azaldır. 




4) Xolesterini azaldan dərmanların qəbulu 




Statinləri (və digərlərini) heç zaman qreypfrut şirəsi ilə qəbul etməyin. Bu şirə dərmanların yan təsirlərini dəfələrlə artırır. 




5) Hemopatiya qəbulu 




Əgər hemopatiya preparatları qəbul edirsinizsə, o zaman qəhvə və ədviyyat qəbulunu azaldın. 




Dərmanları nə ilə qəbul etmək olmaz:




1. Antidepressant  




• Turşu kələm




• Qatıq




• Qaxac olmuş ət




• Kişmiş




• Pendir




Təzyiqi salır.




2. Antibiotiklər 




• Xama




• Sitrus meyvələri




• Kəsmik




• Süd




Dərmanın təsirini zəiflədir




3. Dəmir tərkibli dərmanlar




• Bişinti 




• Süd məhsulları 




• qəhvə 




• Çay 




• Çərəzlər




Dəmirin bədənə sovrulmasının qarşısını alır




4. Ağrıkəsəcilər




• Hisə verilmiş qidalar 




Dərmanın təsirini neytrallaşdırır 




5. Antikoaqulyantlar 




• Mərcan




Qanaxmaya səbəb ola bilər.

 

Arzu

Medicina.az






 - Həmişə aktual olan suallara cavab Dərmanı çayla atmaq olar?