Dərmanlar hansı hallarda şoka sala bilər... - Bölərək içməyin!

  • 2017.06.03 14:36
  • 8506 Baxış
Dərmanlar hansı hallarda şoka sala bilər... -  Bölərək içməyin!

Dərman
maddələri orqanizmə həm yerli, həm də ümumi təsir edir.





Dərman
maddələrinin yeridilməsinə olan reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən,
onun toxuma və üzvlərinin həssaslığından asılıdır.





Dərman
preparatlarını insanın orqanizminə müxtəlif yollarla yeridirlər. Onların
ağzından (oral metod) və ya düzbağırsaqdan (rektal metod) yeridilməsinə enteral
metod deyilir. Bu vaxt dərman maddəsi mədə-bağırsaq yolunun selikli qişasından
sorulur. Dərman maddələrinin mədə-bağırsaq yolundan kənar (əzələyə, venaya, dərialtına
və s.) yeridilməsinə parenteral metod deyilir. Dərman preparatları yerli,
birbaşa xəstəlik ocağına; onurğa beyni kanalına (endolümbal) - meningitdə,
oynaq kisələrinə, bunlarda iltihab prosesi olduqda: plevra boşluğuna,
bronxlara, traxeyaya və s.-yə yeridilə bilər. Dərman preparatları əsas müalicəvi
təsirindən başqa əlavə mənfi reaksiyalar da törədə bilər. Bəzən dərman maddələrinin
bir-birinə təsiri zərərli, tamamilə yeni fiziki-kimyəvi reaksiyalara səbəb
olur. Tibb bacısı bilməlidir ki, hansı dərmanları bir vaxtda vermək olmaz. Bəzi
dərman preparatlarına qarşı orqanizmin göstərdiyi mənfi reaksiyaları çox vaxt
dozanı azaltmaqla, yaxud müalicənin ilk günlərindən sonra tez aradan götürmək
mümkün olur. Bu reaksiyaları orqanizmin bu və ya başqa dərman maddəsini götürməməsindən
fərqləndirmək lazımdır, belə ki, orqanizmin dərman maddəsini götürməməsi
anafilaktik şok kimi ağır dərəcəli ağırlaşmalara səbəb olur. Bəzən dərman maddəsini
müalicə təsiri eyni olan və orqanizmin daha yaxşı götürdüyü başqa bir dərmanla əvəz
etmək lazım gəlir. Bəzi xəstələr müəyyən dərmanların onlara düşmədiyini
bildirirlər. Odur ki, xəstə özü bunu həkimə deməyibsə tibb bacısı deməlidir.
Orqanizmin götürmədiyi bəzi dərman preparatlarını tətbiq etməzdən əvvəl sınaq
qoyurlar. Bunun üçün dərman maddəsini kiçik dozada yeridirlər. Reaksiya əmələ gəlməsi
həmin preparatın (yod preparatları, rentgen­kontrast maddələr, serumlar və s) xəstəyə
verilməsinin məsləhət olmamasını göstərir.


 


Похожее изображение





 


 


Dərman
maddəsindən uzun müddət istifadə etdikdə çox vaxt onun müalicəvi təsiri azalır
ki, bu da mikrobun həmin dərman preparatına həssaslığının itməsi, yaxud onun həmin
preparata qarşı müqavimət qazanması ilə izah olunur. Mikrobların müqavimətinin
qarşısını almaq məqsədilə dərman maddələrinin işlədilməsinin çox müxtəlif
metodları işlənib hazırlanmışdır. Bir neçə preparatın eyni vaxtda verilməsi,
müalicənin ara verib aparılması və s. Preparatı təyin etməmişdən əvvəl mikrob
florasının həssaslığını, xüsusən antibiotiklərə həssaslığını bilmək üçün xəstənin
ifrazatını (bəlğəmi, irinli ifrazatı və s.) əkmək məsləhət görülür ki, bu da dərhal
daha təsirli dərman maddələri təyin etməyə imkan verir.





Orqanizm
bəzi preparatlara alışır, hətta dərmandan asılı olur. Narkotik maddələrdən
istifadə ağır xəstəliyə - narkomaniyaya səbəb olur, bu preparatların təyin
edilməsinə və tətbiqinə ciddi nəzarət olmalıdır.





Bir sıra
dərman preparatları orqanizmdən yavaş çıxır, yaxud orqanizmdə toplanır
(kumulyasiya), odur ki, belə preparatların (üskükotu preparatları) dozalarını təyin
edəndə bunu nəzərə almaq, bəzən dozanı azaltmaq lazımdır. Tibb bacısı dərman
maddələrinin dozalarını bilməlidir. Dərman maddələrinin dozasını bədənin kütləsindən
və yaşdan asılı olaraq təyin edirlər. Birdəfəlik doza - bir dəfə qəbul etmək
üçün, yüksək birdəfəlik doza - dərmanı bir dəfədə qəbul edilən ən böyük
miqdarı, sutkalıq doza dərman maddəsinin sutka ərzində qəbul edilən ən böyük
miqdarıdır. Tibb bacısı preparatın zəhərlənmə əmələ gətirən toksik və ölümcül
dozasını bilməlidir.


 


Картинки по запросу medicine





Tibb
bacısı həkimin icazəsi olmadan xəstəyə dərman verə bilməz, belə ki, hətta adi dərman,
məsələn, işlətmə dərmanı, ağrıkəsən dərman müəyyən hallarda ağır nəticələrə səbəb
ola bilər (apendisitdə, uşaqlıqdankənar hamiləlikdə işlətmə dərmanı və s.
kimi). Dərman qəbulundan sonra xəstənin özünü pis hiss etməsini yaxud hər hansı
səbəbə görə dərmandan imtina etməsini tibb bacısı dərhal həkimə xəbər verməli və
özü heç nəyi dəyişməməlidir.





 


DƏRMANI
BÖLƏRƏK İÇMƏYİN!





Bölərək
qəbul edilən dərmanlar orqanizm tərəfindən sürətlə sorulmadığından iflic və ürək
xəstəliyi kimi ağır fəsadlar meydana çıxır. Çünki hər dərman xüsusi olaraq
orqanizm tərəfindən sorulma sürətinə malik olduğundan dərmanı böldükdə bu "sürət"
pozulur və bundan da orqanizm ciddi ziyan çəkir.


 


 


 


Bakutibb




Dərmanlar hansı hallarda şoka sala bilər... -  Bölərək içməyin!