Hansı təzyiqdə insult olma təhlükəsi var?

  • 2025.12.04 12:15
  • 32 Baxış
Hansı təzyiqdə insult olma təhlükəsi var?



Çox insan düşünür ki, insult həddən artıq yüksək təzyiqlərdə, krizlərdə baş verir. Əgər dərman içsək, təzyiq 160-170 olsa, qorxulu deyil, insuilt olmur.


“Medicina” xəbər verir ki, kardioloq Tamaz Qaqloşvilin sözlərinə görə, insult əksər hallarda bir çox insanın təhlükəli dərəcədə yüksək hesab etmədiyi təzyiqlərdə də baş verir.


Şərt deyil ki, qan təzyiqi mütləq 180-200-ə "sıçramalıdır". Həkim aydınlaşdırıb ki, insultlar əksər hallarda aşağı təzyiq səviyyələrində baş verir.

"Qan təzyiqini 150-160-da qəbul edən və hətta bu səviyyəni normal hesab edən insanlar (belə insanlar var) xüsusi risk altındadırlar".
Həkim vurğuladı ki, insultlar qan təzyiqi 200-ə yüksələn insanlara nisbətən 160 qan təzyiqi olan insanlarda statistik olaraq daha çox rast gəlinir:


Kardioloq əlavə etdi ki, qan damarları üçün ən təhlükəli vərdişlərdən biri yatmazdan əvvəl spirtli içki qəbul etməkdir. Əgər insan sərxoş vəziyyətdə yuxuya gedirsə, mənfi dəyişikliklər baş verməyə başlayır və bu da sürətli göz hərəkəti (REM) yuxusuna təsir göstərir. Nəticədə hipertoniya irəliləyir və insult riski ilə sıx əlaqəli olan təhlükəli aritmiya, qulaqcıqların fibrilasiyası inkişaf riski artır.


Aygün Musayeva