Dərslər sentyabrın 15-də başlayacaq? - TƏBİB-dən açıqlama

  • 2020.07.31 16:16
  • 7405 Baxış
Dərslər sentyabrın 15-də başlayacaq?  - TƏBİB-dən açıqlama
"Dərslərin sentyabrın 15-də başlayıb-başlamayacağı ilə bağlı məsələlər müzakirə edilir".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qərar qəbul edildikdə, ictimaiyyətə məlumat veriləcək. “Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur.

Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”.