"Deyirsiz, anbarlar doludur, hər cur tibbi təminat var, hanı bəs? - Həkim İcbari Tibbi Sığota Agentliyini qınadı

  • 2020.11.02 16:52
  • 15423 Baxış
"Deyirsiz, anbarlar doludur, hər cur tibbi təminat var, hanı bəs?  - Həkim İcbari Tibbi Sığota Agentliyini qınadı


"Deyirsiz hər cur tibbi təchizat, hər cür avadanlıq var. Bəs onda niyə bəzi çatışmazlıqlardan bizə xəbər gəlib çatır. Silah- sursat barədə belə xəbər eşitmirik. Çünki doğurdan da bu barədə təminat göz qabağındadır. Birinci Qarabağ muharibəsi illərində silah da çatışmırdı. Onu da eşidirdik. Heç yeməyə çörəyimiz də çatmırdı. İndi isə hər şey var. Siz də deyirsiz var. Ambar doludur. O zaman elə edin ki, bu söhbətlər bizə gəlib çatmasın. Ya açın tökün ya bu olmazsa başqa yolla elə edin ki, tibbi təchizatın da, sədası silah - sursat kimi əla olsun".

Medicina.az xəbər verir ki, bunu müharibə başlayandan cəbhəyanı xəstəxanalara dərman və tibbi vasitə yardımının toplanmasıilə məşğul olan və ordakı həkimlərlə sıx təmasda olan pediatr həkim Aytən İsmayılzadə deyib.


O, cəbhədə yaralı əsgərlərə xidmət edən həkimlərin bir sıra avadanlıq və tibbi təchizat sarıdan korluq çəkməsi barədə xəbərlər aldığını deyib.


"İndi hamı həssasdır, biri yazır filan şey çatmır, düşürük əl-ayağa, başlayırıq dilənməyə. Elə ilk İlizarov apparatı çatışmazlığı söhbətində Mil litsey valideyn qrupu 1000 manat pul göndərdi ki, o aparatdan alaq. Elə həmin gün bir travmatoloqla danışanda dedi ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı o aparatdan o qədər göndərib ki, üç belə muharibəyə bəs edər.

Prezidentimiz demişkən, "bəs nooldu?" İndi yenə çatışmazlıq səsi çıxdı. Gah yazirlar lazimdi, sonra yazirlar var imiş, həkimin xəbəri yox imiş. Bu bilirsiz nəyə oxsayır? Elə bil kimsə deyir" ay camaat pul yığın tank alaq, tankımız yoxdu", biri də sonra yazir ki " aa var imiş ki, bilməmişik".

Hörmətli agentlik, əgər siz bu işi də Covidlə işləyən həkimlərin əməkhaqqını vermək kimi, yəni kəsə-kəsə, gecikdirərək həll edirsinizsə, o zaman çatışmazlıqların sədasının gəlməsi təbiidir.

Siz elə etməlisiniz ki, orda lazim olandan burdakı xəbər tutmasın. Bu nə orda işləyən həkimin, nə burda paylaşanın gunahı deyil. Hazırda tibbi vəsait, tibbi geyimə görə 1600 manat borcum var. Aptekin 700 manat borcunu isə yeni bağladım. Bu da halva - çörək deyil ki, ürəyimiz sakitləşsin deyə, alıb göndərək.