Diabet xəstələri çay, qəhvə əvəzinə bunu içsin

  • 2022.09.21 13:51
  • 2748 Baxış
Diabet xəstələri çay, qəhvə əvəzinə bunu içsin

Diabet və mədə-bağırsaq xəstəliyi olanlar qəhvəyə bənzər dadı olan çikoriy içkisini içsin.

"Medicina" xəbər verir ki, dietoloq, immunoloq Matina Apleteyeva çikorinin faydaları barədə danışıb.

"Bağırsaq mikroflorası pozulanlara, həzm problemində, şəkəri yüksək olanlara çikoriy içkisini tövsiyə edərdim.

Çikoriydə inulin var, o qanda şəkəri salır.

Bu içki çay və qəhvə kimi mədə-bağırsağı qıcıqlandırmır. Mikrofloranı bərpa edir.

Çikoriy təbii bitkidir. Qəhvəni tərgitmək üçün əvəzedici ola bilər.
Yeganə əks təsiri allergiya ola bilər.

Aygün Musayeva