Diabet xəstələri üçün 1 manatlıq super qida

  • 2026.03.12 17:18
  • 242 Baxış
Diabet xəstələri üçün 1 manatlıq     super qida


Diabet xəstələri gümdəlik rasionlarına 100 qram yerkökü daxil etməlidirlər.

Medicina.az xəbər verir ki, diyetoloq Mixail Ginzburqa görə, yerkökü 2-ci tip diabetin inkişaf riskini azaldır və qan şəkərinin nəzarətini yaxşılaşdırır.

Həkim izah edib ki, çiy yerkökü qida lifi ilə zəngindir - həzm sistemindən həzm olunmadan keçən hissəciklər, həzmi yavaşladır və eyni zamanda şəkərin (eləcə də xolesterolun) qana hopmasını yavaşladır. Buna görə də yerkökü yeməklərin qlikemik indeksini aşağı sala bilər.

Qlikemik indeks (Qİ) müəyyən bir qidanı yedikdən sonra qan şəkərinin yüksəlmə sürətini əks etdirir. Şirniyyatlar, un əsaslı qidalar, nişastalı qidalar və sadə karbohidratlarla zəngin qidaların indeksi yüksəkdir.


Ginzburg bildirib ki, əgər yerkökü ilə bir şey yeyiriksə, düyü, ağ çörək və ya kartof yesək belə, ümumi qlisemik indeks azalır.

Dietoloqun sözlərinə görə, müntəzəm olaraq ən azı 100 qram yerkökü yeyilməlidir.


Aygün Musayeva