Ürək xəstəliyi və diabet riskini azaltmağın qeyri-aşkar bir yolu müəyyən edilib.
Dişlərin kök kanalının müalicəsi ürək xəstəliyi və diabet riskini azaldır.
“Medicina” xəbər verir ki, London Kral Kollecinin alimlərinin araşdırmasına görə, təkcə bir infeksiyanın - apikal periodontitin - aradan qaldırılması bədəndə iltihabın azalması, qan şəkərinin nəzarətinin yaxşılaşmasına səbəb ola bilir. Tədqiqat Translational Medicine (JTM) jurnalında dərc edilib.
Apikal periodontit diş kökü ətrafındakı toxumalar infeksiyalaşdıqda baş verir.
Buradan bakteriyalar qan dövranına daxil ola və sistemik iltihaba səbəb ola bilər ki, bu da ürək-damar xəstəlikləri riskinin artması və qlükoza nəzarətinin pozulması ilə əlaqələndirilir.
Bu cür infeksiyaların xroniki xəstəliklərin inkişafında məlum roluna baxmayaraq, uğurlu parodontoloji müalicənin ürək və metabolik sağlamlığa təsiri hələ öyrənilməyib.
Alimlər ilk dəfə olaraq göstəriblər ki, uğurlu müalicədən iki il sonra xəstələrdə qlükoza metabolizmasının yaxşılaşması, ümumi iltihabın göstəricilərinin azalması və lipid profillərinin, xüsusən də xolesterol və yağ turşusu səviyyələrinin yaxşılaşması müşahidə olunur. Müəlliflər həmçinin yoluxmuş dişlərdə mövcud olan bakteriyaların bədən daxilində maddələr mübadiləsindəki dəyişikliklərlə əlaqəli ola biləcəyini aşkar ediblər.
"Məlumatlarımız sübut edir ki, kök kanalının müalicəsi yalnız ağız sağlamlığını deyil, həm də diabet və ürək xəstəlikləri də daxil olmaqla ciddi xəstəliklərin riskini azalda bilər.
Bu, diş sağlamlığı ilə ümumi sağlamlıq arasındakı dərin əlaqənin açıq bir xatırlatmasıdır”.
O, uzunmüddətli kök kanal infeksiyalarının bakteriyaların qan dövranına daxil olmasına, iltihabı tetiklemesine və şəkər və yağ səviyyəsini artırmasına imkan verdiyini vurğuladı.
"Buna görə də, stomatoloqların bu cür infeksiyaların sistematik nəticələrini anlaması və erkən diaqnoz və müalicədə israr etməsi vacibdir”.
Aygün Musayeva