Dializ nədir, kimlər qoşulur? - Həkimdən açıqlama

  • 19 Noy 2021 15:27
  • 363 Baxış
Dializ nədir, kimlər qoşulur? -  Həkimdən açıqlama
Orqan transplantasiyası daha üstün müalicə metodu sayılsa da, orqan müqaviməti ölkəmizdə problem olduğu üçün pasiyentlər dializ metoduna üz tutmalı olurlar.

Medicina.az xəbərinə görə, həkim nefroloq Barat Yusubov "Dializ və onun metdoları haqqında" məlumat verərkən belə deyib.

Həkim bildiirb ki, böyrəklərin funksiyası tamamilə dayandığı zaman həyatı davam etmək üçün böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə "dializ" və "böyrək nəqli" (transplantasiyası) seçimləri verilir. Dializ metodları çətin və sosial həyatda bir sıra problemlər yaratmasına baxmayaraq böyrək çatışmazlığından əziyyət çəkənlərin uzun müddət sağ qalmasına səbəb olur:

"Qandan zərərli maddələri təmizləyən və maye normasını tənzimləyən dializin 2 növü var:

Peritondializ: bir torba içərisində yerləşən məhlul, xəstənin qarnına yerləşdirilən kateter vasitəsilə gündə 4 dəfə 40 dəqiqə olmaq şərti ilə qarın boşluğuna verilir. Xəstənin evdə özünün edə biləcəyi bu metodla qandakı zəhərli maddələr və artıq maye qarın pərdəsi vasitəsilə uzaqlaşdırılır.

Hemodializ: böyrək funksiyalarının müəyyən bir aparat tərəfindən yerinə yetirildiyi metod olub, həftədə 3 dəfə 4 saat həkim nəzarəti altında aparılmalıdır".